Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bakupost.az xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.
Qeyd olunur ki, agentliyin balansında olan bütün avtomobil yolları fasiləsiz nəzarətdə saxlanılır. Qar yağan və buzlaşma müşahidə olunan ərazilərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz operativ tədbirlər görülür.
Görülən tədbirlər vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına xidmət edir.