Ru
18:48 / 18 Aprel 2026

Oman sahillərində növbəti gəmi insidenti baş verdi

Oman sahillərində növbəti gəmi insidenti baş verdi
Eye

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində növbəti gəmi insidentinin baş verdiyini bildirib.


Bakupost.az xəbər verir ki, bu barədə mərkəzin açıqlamasında deyilir.

"UKMTO-ya Omandan üç dəniz mili (5,5 kilometr) şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Kapitan gəminin yaxınlığında su sıçrantıları gördüyünü bildirib", – məlumatda qeyd olunur.

Bildirilib ki, insidentin kruiz gəmisi ilə bağlı olduğu müəyyən edilib.

"Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-nu məlumatlandırmaları tövsiyə olunur", – məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar