Ru
18:23 / 18 Aprel 2026

Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı

Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı
Eye

Livanın cənubunda baş verən hücum zamanı bir fransız hərbçi həlak olub.


Bakupost.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.

Makron qeyd edib ki, həmin əsgər Livan ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrində xidmət edib.

O, ölən hərbçinin ailəsinə başsağlığı verib.

Makron əlavə edib ki, hadisə nəticəsində daha üç fransız hərbçi yaralanıb və təxliyə olunub.

Fransa Prezidenti vurğulayıb ki, mövcud məlumatlar hücumun məsuliyyətinin “Hizbullah”ın üzərinə düşdüyünü göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar