Ru
16:42 / 18 Aprel 2026

Xaricdə gizlənənlər üçün SON: Bundan qaça bilməyəcəklər...

Xaricdə gizlənənlər üçün SON: Bundan qaça bilməyəcəklər...
Eye

Məlum olduğu kimi, Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə tanınması və icrası istiqamətində yeni qaydalar gəlir. Belə ki, Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara edilən əlavələr xüsusilə yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər ölkələrdə icrasını daha əlçatan və effektiv etməyi hədəfləyir.

Bu qərarın hüquqi mahiyyəti nədən ibarətdir? Yeni dəyişikliklərdən sonra Azərbaycanda çıxarılan aliment qərarı xarici ölkədə avtomatik tanınacaqmı, yoxsa əlavə prosedurlar qalacaq?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Musavat.com-a danışıb:

"Beynəlxalq konvensiyalara əsasən, həmin konvensiyanı imzalayan dövlətlərə belə bir mexanizm təklif olunur ki, alimentlərlə bağlı məsələlərdə dövlətlər bir-birlərinə mütləq şəkildə köməklik göstərsinlər. Yəni hansı dövlətin ərazisində aliment ödəməli olan və ya məhkəmə qərarını icra etməli olan şəxs rəsmi şəkildə aşkar edilirsə, həmin dövlət qarşı tərəfə dəstək verir, vətəndaşın gəlirini hesablayır və müəyyən tutulmalar həyata keçirərək həmin vəsaiti digər dövlətə ötürür. Burada məsələ təkcə alimentlərlə məhdudlaşmır. Eyni zamanda borclar, bank öhdəlikləri və digər maliyyə məsələləri də bu mexanizmə daxil edilə bilər. Lakin prioritet istiqamət məhz aliment ödənişləridir. Məsələn, Azərbaycan vətəndaşı Polşada rəsmi şəkildə işləyirsə və ona Polşa dövləti tərəfindən əmək icazəsi verilibsə, eləcə də aylıq 1000 avro əməkhaqqı alırsa, həmin müddət ərzində Polşanın aidiyyəti qurumları, xüsusilə məhkəmə icrasını həyata keçirən orqanlar onun əməkhaqqından müəyyən faiz tutaraq bu vəsaiti Azərbaycana köçürə bilər. Köçürülən məbləğ daha sonra Azərbaycan icra xidməti tərəfindən aliment almaq hüququ olan şəxsin, yəni qadının bank hesabına yönləndirilir. Hesab edirəm ki, bu, kifayət qədər müsbət və effektiv bir dəyişiklikdir.

Ümumiyyətlə, dövlətlərin bu cür qarşılıqlı hüquqi və institusional əməkdaşlığı alqışlanmalıdır. Eyni zamanda ölkə qanunvericiliyinin də bu istiqamətdə islahatlar aparması və beynəlxalq mexanizmlərə uyğunlaşdırılması olduqca vacib və məqsədəuyğundur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar