Ru
17:58 / 18 Aprel 2026

Türkiyə ABŞ-nin NATO-dan çıxmasını Avropa ilə müzakirə edir

Türkiyə ABŞ-nin NATO-dan çıxmasını Avropa ilə müzakirə edir
Eye

"ABŞ artıq əvvəlki kimi beynəlxalq sistemin problemlərini öz üzərinə götürmək istəmir. Bu, beynəlxalq sistemi və dünyanın bir çox bölgəsini zəiflədir".


Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunda ABŞ-nin NATO-dan çıxacağı təqdirdə yaranacaq vəziyyəti şərh edərkən deyib.

O bununla əlaqədar Türkiyənin avropalı tərəfdaşları ilə müzakirələr apardığını bildirib.

"Buna görə də böhranların dərinləşməsinin və yeni gərginlik zonalarının yaranmasının qarşısını almaq üçün təcili addımlar atılmalıdır. Avropa İttifaqı və NATO bizim üçün vacib sistemlərdir. ABŞ NATO-da çıxsa, bunu necə idarə edə biləcəyimizi və nəticələrini necə azalda biləcəyimizi müzakirə edirik", - deyə nazir bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar