Ru
18:00 / 06 Sentyabr 2019

Ömər Eldarov istefa verəcək: “Daha işləyə bilmirəm”

5773
Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun abidəsinin ideya müəllifi xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

BakuPost xəbər verir ki, bu barədə heykəltəraş APA-ya müsahibəsində deyib. O bildirib ki, Milli Qəhrəmanın abidəsini hazırlayan Rahib Qarayev və Zamik Rzayev onun tələbələri olub:

“Rahib Qarayev və Zamik Rzayev istedadlıdır. Hər il iki-üç nəfər bu cür istedadlı gənc çıxır, mən də çalışıram ki, Akademiyada onlar üçün iş yeri yaradım.

Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim, heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Mən necə dedimsə, onlar da eskizi o cür hazırlayıb gətirdilər. O işə əlimi də vurmamışam, sadəcə, ideya vermişəm. Demirəm, mən müəllifəm. Ümumiyyətlə, götürsək, dünyada belədir ki, ideya verən müəllif, düzəldən icraçı sayılır. Ancaq bu, mənə lazım deyil. Mənə lazımdır, bütün şəhərimiz görsün ki, bizim heykəltəraşlarımız var və onlara iş versinlər. Siz görəcəksiz, necə gözəl abidə olacaq!”

Ö. Eldarov heykəltəraşlara öz cibindən qonorar ödədiyini qeyd edib:

“Heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim”.

Müsahibə zamanı xalq rəssamı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən istefa verəcəyini də açıqlayıb:

“Daha rektor işləmək istəmirəm. Artıq bu barədə lazımı yerlərə məlumat vermişəm. Gözlərim görmür, eynəklə də görmür. Hər gün on-on beş sənədə qol çəkirəm, vəssalam. Çətindir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər