Ru
07:25 / 26 Fevral 2026

Onlar heyvanlarını da plastik əməliyyat etdirir - Dəvə yarışında qalmaqal

Onlar heyvanlarını da plastik əməliyyat etdirir -   Dəvə yarışında qalmaqal
Eye

Omanda keçirilən dəvə gözəllik müsabiqəsində 20 heyvan yarışdan kənarlaşdırılıb. Buna səbəb dəvələrdə kosmetik müdaxilələrin iaşkarlanması olub.


BakuPost-un Daily Mail nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə yarış təşkilatçıları və yoxlamada iştirak edən baytarlar açıqlama veriblər.

Dəvə gözəllik müsabiqələri Fars körfəzi ölkələrində geniş yayılıb və bədəvilərin mədəni irsinin mühüm hissəsi hesab olunur. Bu cür tədbirlərdə minlərlə heyvan iştirak edir, mükafat fondu isə milyonlarla dollara çatır. Bu isə yetişdiricilər arasında rəqabəti daha da gücləndirir.

Təşkilatçıların məlumatına görə, Maskatda keçirilən yarışlarda bəzi dəvə sahibləri üstünlük qazanmaq üçün qadağan olunmuş üsullara əl atıblar. Belə ki, dəvələrdə:
- dodaqların böyüdülməsi üçün botoks inyeksiyaları,
- üz ifadələrinin dəyişdirilməsi məqsədilə miorelaksantlar,
- hürgüclərin formasını düzəltmək üçün silikon və mum doldurucular

aşkarlanıb.

Qeyd olunub ki, dəvələrin xarici görünüşünün süni şəkildə dəyişdirilməsi qaydalara ziddir və saxtakarlıq kimi qiymətləndirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar