Xəstəxanaya yerləşdirilən və sabah əməliyyat edilməsi gözlənilən türkiyəli müğənni İbrahim Tatlısesin səsyazısı yayılıb.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, "Gel konuşalım" proqramında ifaçının aparıcı Ece Erkenə göndərdiyi səsyazısında onu xəstəxanada görməyə gələn övladlarını bağışlamayacağını bildirib.
"Reanimasiyadayam, amma superəm. Ahmet adlı oğlum yatıb-durub Tuğçəyə (İ.Tatlısesin meneceri - red.) dua etsin. Dilan da, o da. Melek (qızı -red.) ilə Tuğçe olmasa, ikisini də içəriyə buraxmazdım. Ona görə oğlumu sevmirəm, sevməyəcəyəm də. Heç vaxt bağışlamayacağam da. Haqqımı halal etməyəcəyəm" deyə, İ.Tatlıses söyləyib.
Qeyd edək ki, Tatlıses xəstəxanada olduğu müddətdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də onu görməyə gəlib.