Ru
22:11 / 29 İyul 2025

Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO

Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Eye

Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edilib.

Bakupost.az xəbər verir ki, Özbəkistanda dövlət qulluqçusunun onlayn iş toplantısı zamanı katibəsi ilə qeyri-etik davranışı ölkə ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan videoda məmurun videokonfrans zamanı katibəni qucaqladığı və yaxınlıq göstərdiyi aydın görünür. Hadisə ictimai və media təzyiqi fonunda qısa müddətdə rəsmi orqanların müdaxiləsinə səbəb olub.

Özbəkistanın müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma apararaq məmurun hərəkətlərinin dövlət qulluqçusu etikası ilə uzlaşmadığını və nüfuz zədələyici xarakter daşıdığını bəyan edib. Araşdırmanın nəticəsi olaraq həmin məmur və katibəsi tutduqları vəzifələrdən azad ediliblər.

Özbəkistanın Dövlət Xidmətləri Agentliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, dövlət qulluqçuları yüksək davranış standartlarına əməl etməli və öz nümunələri ilə cəmiyyətə örnək olmalıdırlar. Qurum həmçinin gələcəkdə bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndiriləcəyini qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar