Amerikada hər il verilən "Oscar” mükafatlarının bu il də qalibləri bəlli olub.
BakuPost xəbər verir ki, bu il ən yaxşı film mükafatına "Green book” (Yaşıl kitab) filmi layiq görülüb.
Ən yaxşı kişi aktyor nominasiyasının qalibi isə məşhur müğənni Freddi Merkurinin həyatına həsr edilmiş "Bohemian Rhapsody” filmində Merkurini canlandıran misir əsilli aktyor Rami Malek olub. Film eyni zamanda ən yaxşı səs qurğusu, ən yaxşı səs miksi, ən yaxşı quruluş mükafatlarını da alaraq, 4 "Oscar”la gecəyə damğa vurub.
Ən yaxşı aktrisa mükafatını isə "Sevimli qız” filmi ilə Olivia Kolman qazanıb.
Mükafat alanların tam siyahısı aşağıdakı kimidir:
Ən yaxşı film: "Yaşıl kitab”
Ən yaxşı rejissor: "Roma" (Alfonso Kuaron)
Ən yaxşı aktrisa: Oliviya Kolman ("Favorit qız”)
Ən yaxşı aktyor: Rami Malek ("Bohemiya rapsodiyası”)
Ən yaxşı köməkçi aktrisa: Regina King (If Beale Street Could Talk)
Ən yaxşı köməkçi aktyor: Mahershala Ali ("Yaşıl kitab”)
Ən yaxşı film mahnısı: Shallow ("Ulduz doğuldu” – Ledi Qaqa)
Ən yaxşı film musiqisi: "Qara pantera”
Ən yaxşı uyğunlaşdırılmış ssenari: BlacKkKlansman
Ən yaxşı orijinal ssenari: "Yaşıl kitab”
Ən yaxşı qısa film: "Skin”
Ən yaxşı vizual effekt: "First Man”
Ən yaxşı qısa animasiya filmi: "Bao”
Ən yaxşı animasiya filmi: "Spider-Man: Into the Spider-Verse”
Ən yaxşı quruluş: "Bohemiya rapsodiyası”
Xarici dildə ən yaxşı film: "Roma”
Ən yaxşı səs miksajı: "Bohemiya rapsodiyası”
Ən yaxşı səs quruluşu: "Bohemiya rapsodiyası”
Ən yaxşı kinematoqrafiya: "Roma”
Ən yaxşı sənədli film: "Free Solo”
Ən yaxşı prodüser işi: "Qara pantera”
Ən yaxşı saç və makyaj: "Vice”
Ən yaxşı kostyum dizaynı: "Qara pantera”
Ən yaxş ıqısa sənədli film: "Period. End Of Sentence”