Ru
16:49 / 08 Sentyabr 2025

Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev

Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Eye

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev və onunla birlikdə ittiham olunan şəxslərin məhkəmə araşdırması davam edir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokurur xeyli epizoddan ibarət ittiham aktının elanını bitirib.

Keçmiş bulvar rəhbəri 12 milyon manat dövlət vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunur. Prokuror iki prosesdə epizodları tək-tək oxuyub.

Məhkəməyə sədrlik edən hakim Leyla Əsgərova Məmmədova müttəhimlərdən ittihamlara münasibətlərini soruşub, verilmiş ittihamların sanksiya həddlərini sadalayaraq təqsirli bilinəcəkəri halda 10 ildən çox həbslə cəzalana biləcəklərini xatırladıb.

Nə İlqar Mustafayev, nə digərləri özlərini təqsirli bilib.

“Özümü qəti təqsirli saymıram. Səbəblərini sadalasam, çox vaxt gedəcək. Uzun çıxış edəcəyəm”, – deyə İ. Mustafayev əlavə edib.

Bugünkü iclasa ayrılmış vaxt yekunlaşmaq üzrə olduğundan təqsirləndirilən şəxslərin sərbəst ifadəsi növbəti iclasa saxlanılıb.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Mustafayev həbsdə, digərləri azadlıqdadır.

Sabiq Bulvar rəhbərinin 11 milyon manatlıq əmlakı üzərinə də həbs qoyulub. Ona qarşı irəli sürülmüş ittihamların sanksiyasında 10 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar