Yeni araşdırma göstərir ki, Fransa paytaxtı Paris turistlərə qarşı cibgirlik və kiçik cinayətlərdə dünya üzrə liderdir. Təhlil edilən 13 mindən çox Google rəyi göstərir ki, oğurluq və cibgirliklə bağlı şikayətlərin 16,5%-i Parisdə qeydə alınıb. Parisi Avropada Roma (10,7%) və Barselona (5,3%) izləyir. İstanbul isə 4,3% göstərici ilə beşinci sıradadır.
Bakupost.az xəbər verir ki, araşdırma xüsusilə Eyfel qülləsi, Müqəddəs Ürək Bazilikası və Luvr ətrafındakı turistlər üçün ən riskli bölgələr olduğunu göstərir. Parisdə ən yayılmış fırıldaq növləri bunlardır:
Dostluq bilərziyi tələsi – Turistin qoluna ip bağlayıb pul tələb edirlər.
Saxta ianə toplama – İmza və ianə adı ilə diqqət yayındıraraq cibgirlik.
Diqqət dağıtmaq – tünlükdə qarışıqlıq yaradaraq pulqabı oğurluğu.
Araşdırmada dünyanın ən təhlükəsiz turizm yerləri də qeyd olunub: Muğla (Türkiyə) və Şanxay (Çin) turistlərin yalnız 0,1 faizi cibgirlikdən şikayət edib qeydə alınıb.
Cavid, BakuPost