Ru
10:28 / 17 Fevral 2026

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Eye

Ermənistan-Rusiya münasibətləri yaxın gələcəkdə daha da pisləşmə riski altındadır. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti bəzi Qərb tərəfdaşlarına “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu ələ keçirmək və idarə etmək üçün müraciət edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Past” bildirib.

Ermənistan nəşri xatırladıb ki, Baş nazir Nikol Paşinyan ötən həftə yerli KİV-ə müsahibəsində İrəvanın Rusiyanın idarəçiliyində olan dəmir yolu məsələsini Moskva ilə dostcasına həll etmək niyyətində olduğunu açıqlayıb:

“Baş nazir dəmir yolu ilə bağlı baxışının Ermənistan və Rusiyaya dost olan bir ölkənin onu idarə etmək hüququnu Rusiyadan alması olduğunu bəyan etdi. Paşinyan həmçinin əlavə etdi ki, Rusiyanın dəmir yolunu idarə etməsi səbəbindən strateji mövqeyimizi və rəqabət üstünlüyümüzü itiririk.

Paşinyanın bu açıqlaması Rusiya baş nazirinin müavini Aleksey Overçukun Moskva və İrəvanın Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacağı barədə verdiyi açıqlamadan sonra səsləndirilib. Overçukun sözlərinə görə, belə bir qərar Ermənistan tərəfinin xahişinə uyğun olaraq və erməni xalqına qarşı dostluq və qardaşlıq hislərinə əsaslanaraq verilib.

Rusiyanın dəmir yollarının həmin iki hissəsinin bərpasını həyata keçirməsi Nikol Paşinyanın maraqlarına uyğun deyil. Digər yandan, “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı müqavilə 2038-ci ildə bitir. Amma həmin müqavilənin müvafiq bəndinə əsasən, tərəflərdən biri müqaviləni 2028-ci ildə ləğv edə bilər.

Qərb Paşinyanı güzəşt müqaviləsinin ləğvini ən qısa vaxtda həyata keçirməyə məcbur edir. Mənbəmizin sözlərinə görə, Paşinyan hazırda Fransa və Almaniya ilə gizli danışıqlar aparır. Dəmir yolu məsələsi İrəvanda Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında da ətraflı müzakirə olunub. Ermənistan tərəfinin səsləndirdiyi yeganə tələb, yeni şirkət cəlb ediləcəksə, həmin dəmir yolu şirkətində Türkiyə və ya Azərbaycan kapitalının olmaması ilə bağlı idi. Amma amerikalılar bununla əlaqədar vəd verməyiblər, əksinə, “Tramp Marşrutu” üzrə idarəetməni ofşor zonada qeydiyyatdan keçmiş bir şirkət vasitəsilə həyata keçirə biləcəklərini deyiblər ki, bu şirkətin əsl sahiblərini müəyyən etmək olduqca çətin olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar