“Ermənistan eksklav-anklavlar məsələsindən imtina edə bilməz, çünki onların arasında Artsvaşen (Başkənd) də var. Mən, Ermənistan hökuməti və ya hər hansı digər hökumət bu məsələdən imtina edə bilmərik, çünki bizim Artsvaşenimiz var”.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, yenidən 1991-ci il Alma-Ata Bəyannaməsini xatırladıb və onun sərhədlərin demarkasiyası prosesinin əsas prinsipi kimi qəbul edildiyini vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, hazırda Praqada əldə olunmuş razılaşmalara əsasən işlər davam etdirilir.
Aysel,
BakuPost