Ru
16:27 / 28 Avqust 2025

“Neftçi” “Qarabağ”ı niyə təbrik etmədi? - “Məcbur deyilik”

“Neftçi” “Qarabağ”ı niyə təbrik etmədi? - “Məcbur deyilik”
Eye

Dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubunun bu uğuru Azərbaycan xalqına böyük sevinc yaşatdı. Ölkə başçısı İlham Əliyev oyundan dərhal sonra qələbə münasibətilə sosial şəbəkədə təbrik paylaşımı etdi. Misli Premyer Liqasının 10 klubu da "Qarabağ"a təbrik ünvanlayıb. Hətta Qazaxıstanın “Kayrat”, o cümlədən “Qarabağ”ın ötən mövsüm Avroliqadan kənarlaşdırdığı Portuqaliyanın “Braqa” klubu da “Qarabağ”ın qələbəsinə görə video-müraciət yayıb.

Maraqlıdır ki, bir zamanlar Qurban Qurbanovun formasını geydiyi, həmçinin baş məşqçisi olduğu "Neftçi" klubu Ağdam təmsilçisini tarixi uğurla əlaqədər təbrik etməyi lüzum görməyib.

"Ferentsvaroş"a qarşı oyundan 18 saat keçməsinə baxmayaraq, "ağ-qaralar"ın sosial şəbəkə hesabı sükutunu qoruyur.

“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat katibi Asəf Zeynallı bununla bağlı Bakupost.az -ın sualına qısa və aqressiv cavab verdi:

“Bunun səbəbi yoxdur. Təbrik etməyə məcbur deyilik. “Barselona” da “Real Madrid”i qələbələrinə görə təbrik etmir...”

Ayxan,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar