Ru
21:36 / 28 Avqust 2025

"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ"ın rəqibləri bəlli oldu
Eye

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçirilib.


Bakupost.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşib.


Ağdam təmsilçisi “Çelsi” (İngiltərə), “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Ayntraxt Frankfurt” (Almaniya), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Atletik Bilbao” (İspaniya) və “Kopenhagen” (Danimarka) komandaları ilə qarşılaşacaq.


Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun matçları 2026-cı il yanvarın 28-də baş tutacaq.

***

20:52

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibi müəyyənləşib.


Bakupost.az xəbər verir ki, "köhlən atlar" ilk rəqibi "Çelsi" (İngiltərə) komandası olub.

"Qarabağ"ın ikinci rəqibi isə Liverpuldur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar