Ru
22:39 / 28 Avqust 2025

Mirzoyan Deuba ilə Ermənistan-Azərbaycan razılaşmasından danışdı

Mirzoyan Deuba ilə Ermənistan-Azərbaycan razılaşmasından danışdı
Eye

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə nepallı həmkarı Arzu Rana Deuba arasında telefon danışığı olub.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Nepalın xarici işlər naizinə avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişi barədə ətraflı məlumat verib.

Arzu Deuba regionda dayanıqlı sülhün əldə olunması yolunda əldə olunmuş bu nailiyyət münasibətilə ermənistanlı həmkarını təbrik edib.

Ermənistan, Azərbaycan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməyə toxunan Mirzoyan, regional əlaqələrin genişləndirilməsi kontekstində “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) proqramının əhəmiyyətini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar