Ru
23:24 / 28 Avqust 2025

"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq"

"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq"
Eye

"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq.

Bakupost.az xəbər verir ki, bunu İngiltərə təmsilçisi "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

Niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə üz-üzə gələcəklərini bildirib:

"Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin "Qalatasaray" və Azərbaycanın "Qarabağ" klubları üçün də söyləmək olar. Hər üç komanda ölkələrinin çempionlarıdır. Yenə də bildirmək istəyirəm ki, bütün görüşlər çətin keçəcək".

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Real" (İspaniya), "İnter" (İtaliya), "Atletiko" (İspaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), PSV (Niderland), "Marsel" (Fransa), "Qarabağ" və "Qalatasaray"la (Türkiyə) qarşılaşacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar