Ru
23:15 / 28 Avqust 2025

Məşhurları heyran edən gözəl Nərgiz niyə həbs edilir?

Məşhurları heyran edən gözəl Nərgiz niyə həbs edilir?
Eye

Nərgiz Xəlilova 1937-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Atası Ramazan Xəlilov “Bakinskiy raboçiy” qəzetinin müxbiri kimi Sankt-Peterburq akkreditə edilib, orada işləyib. Anası Elvira Xəlilova isə Belarusda anadan olan yəhudi idi.

Nərgiz Xəlilova keçmiş Sovet İttifaqının ən cazibədar qadınlarından biri hesab olunub. Bu qadın kişilər tərəfindən idol sayılırdı. Tanınmış şairlər, musiqiçilər, rəssamlar öz əsərlərində onu tərənnüm etmişlər.

O, ağıllı, savadlı, tərbiyəli, beş dildə danışan, cəmiyyətdə özünü təbii aparmağı bilən qadın idi.

Bundan əlavə, yumşaq, mehriban bir xarakterə sahib idi. Ancaq ən əsası, o, bəzi izaholunmaz cazibədarlığı və ətrafındakılara özündən müsbət enerji verəcək güclü xarizmaya malik idi. 60-cı illərdə zahiri və daxili gözəllik etalonuna çevrilən bu qadın şəhərə gəzməyə çıxanda ətrafda hər kəs dayanar və ona baxardı.

Azərbaycanın ən varlı ailələri, yüksək vəzifə tutan məmurların xanımları, gənc qızlar onun geyim tərzinə valeh olurdular. Deyilənlərə görə, onun şəhərdə bir dəfə gəzməsindən sonra Azərbaycanda varlı ailələr ona zəng edib, geyim və aksesurlarından əldə etmək üçün ondan xahişlər edirdilər.

Nərgizin gözəlliyinə məftun olmuş o dövrün məşhur rəssamları N.Jukov, Ş.Manqasarov, T.Nərimanbəyov onun portretlərini çəkiblər. Onu “avar şahzadəsi” adlandıran Rəsul Həmzətov ona şeirlər yazıb, gürcü bəstəkarı O.Taktakişvili romans bəsləyib, A.Arkanov hekayə yazıb. İllər sonra onun həyatından bəzi faktlar Moskva teatrının "Yarasa" tamaşasının əsasını təşkil edib. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirirərdi.

Yeri gəlmişkən, Nərgizin vaxtilə Parisdə olması, orada gözəllik yarışmasında iştirak etməsi, hətta “Miss Paris” kimi də tanınması barədə xəbərlər yayılmışdı, amma bunun nə dərəcədə doğru olduğunu bilmirəm.

O dövrün tanınan ismlərindən biri olan gənc mühəndis Məlik Axundovla ailə quran Nərgiz Xəlilova qısqanclıq üzündən boşanmağa məcbur olur və Bakıya qayıdır.

Deyilənlərə görə, Moskvada bir italyanla tanış olur. İtaliyan ona o qədər aşiq olur ki, onsuz Moskvadan getməyəcəyini deyib, özü ilə Romaya aparmaq təklifi edir. Amma sovet dövrü idi və müvafiq sənədlər olmadan heç kim onu sərhəddən keçməyə qoymazdı və çoxlu sənədlər toplamaq lazım gəlirdi, təbii ki, onları uzun müddət vaxt lazım olurdu.

Onlar isə qəribə qərar qəbul edirlər: Nərgiz paltarının altına yastıq qoyub, hamilə olduğu görüntüsünü yaradır və doğum üçün təcili xəstəxanaya yerləşdirilməli olduğunu deyir. Ancaq evlilik yox idi, gələcək ata isə italyan idi və bunu birtəhər həll etməli idilər. Və Moskva həkimləri bütün bunları necə rəsmiləşdirmək və aralarında nikahı necə tez bağlamaq barədə düşünməyə başladılar. Lakin rejim buna izn vermir, onu müayinə edən həkim Nərgiz xanımın qarnında yastıq olmasını bilir və ona təklif edir ki, Roma həkimləri Nərgizi Romaya xüsusi əhəmiyyətli bir xəstə kimi dəvət etsinlər ki, orada müayinə olunsun. Əlində belə bir dəvətin olması ilə daha tez qeydiyyatdan keçmək və Romaya getmək mümkün idi.

Lakin sənədləri heç cür düzəltmək olmur və Nərgiz Bakıya qayıdır.

O dövrdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olan Əliş Ləmbəranskinin də bu gözəl qadın barədə məlumatı var idi. Qeyd edim ki, Azərbaycanda bir çox önəmli dövlət vəzifələrində çalışmış, layihələndirdiyi memarlıq nümunələri ilə Bakını gözəlləşdirən əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdənin Ləmbəran kəndində anadan olub.

Aralarında yaş fərqinin böyuk olmasına baxmayaraq, 24 yaşlı dünya gözəlini təəcübləndirmək üçün Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında “Nərgiz” kafesini ucaldıb, Fidel Kastrodan palma ağacı xahiş edib, kafenin yanında əkdirib. Afrika ölkələrinin səfirlərindən biri Əliş müəllimə hədiyyə olaraq ikinci palma ağacı göndərəndə də onu kafeyə gədən yolda əkdirib.

Kafe tez bir zamanda populyarlıq qazanır. Üstəlik, açıldığı ildə "Amfibiya adam" filminin çəkiliş yeri olması ilə məşhurlaşır. Burada yerli müğənninin bəstəkar Andrey Petrovun xüsusi olaraq bu film üçün yazdığı “Dəniz şeytanı haqqında mahnı”nı alovlu ifası ilə tamaşaçıları əyləndirdiyi kiçik bir səhnə oynanılır.

Əliş müəllimlə ailə qurmaq, onunla həyatı bir yerdə davam etmək istəməyən Nərgiz xanım Slavik Aqaranov adlı yəhudi ilə tanış olur və onunla vətəndaş nikahında yaşayır. Cütlük Moskvaya köçür, Slavik orada valyuta mübadiləsi ilə məşğul olur, əsasən xaricilərlə iş birliyi qurur, rublu valyutaya çevirir, Bakıda tapılmayan dəbli geyimləri çatdırır, xaricə qızıl satır, yaxşı pul qazanırdı. Nərgiz bunları bilsə də, Bakıdakı qohumlarından gizlədir, guya dissertasiya üçün material topladığını bildirirdi. Və cütlük gözlənilmədən həbs edilir. Bakıdakı mənzillərində olan hər şeyi isə müsadirə olunur. Valyuta cinayətində ittiham olunan Nərgiz səkkiz il həbsə məhkum edilir. O, ilk yarım ili Rusiyanın “Lefortovo” həbsxanasında, beş il isə Bakıdakı ümumi rejimli qadın cəzaçəkmə müəssisəsində cəza çəkir.

1999-cu ildə xəstəlkdən rəhmətə gedir və Bakıda yerləşən rus qəbiristanlığında anasının məzarı yanında dəfn olunur.

Zaur Əliyev

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar