Ru
20:06 / 28 Avqust 2025

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırıldı

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırıldı
Eye

Böyük Britaniya Rusiya səfiri Andrey Kelini ölkənin Xarici İşlər Nazirliyinə çağırıb.

Bakupost.az xəbər veri ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, buna səbəb Rusiyanın ötən gecə Ukrayna paytaxtı Kiyevə endirdiyi raket zərbələrinin Britaniya Şurası və Avropa İttifaqı nümayəndəliyi binalarına ziyan verməsi olub.

Böyük Britaniya xarici işlər naziri Devid Lammi hücumları pisləyərək zorakılığın dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Baş nazir Kir Starmer zərbələri "mənasız" adlandırıb və Rusiyanı "sülhə olan ümidləri sarsıtmaqda" ittiham edib.

Qeyd edək ki, ötən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri endirib. Nəticədə içində uşaqlar da olmaqla, son məlumatlara görə, 18 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar