Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefonla danışıb.
Bakupost.az xəbər verir ki, o, bu haqda “X” sosial şəbəkəsində yazıb.
“Aİ ofislərimizə də təsir edən Kiyevə kütləvi hücumlardan sonra prezident Zelenski ilə, sonra isə Donald Trampla danışdıq”, - qeyd edib.
AK rəhbəri bir daha davamlı və ədalətli sülhün təmin edilməsinin, eləcə də Kiyev üçün təhlükəsizlik təminatının vacibliyini vurğulayıb.