Ru
19:24 / 28 Avqust 2025

Rusiya hərbçiləri Ukrayna kəşfiyyat gəmisini vurdu

Rusiya hərbçiləri Ukrayna kəşfiyyat gəmisini vurdu
Eye

Rusiya hərbçiləri Dunay çayının deltasında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Simferopol" kəşfiyyat gəmisini vurublar.

Bakupost.az xəbər verir ki, bu barədə UNİAN "Telegram" kanalı məlumat yayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençukun sözlərinə görə, gəmiyə Rusiyaya məxsus yüksəksürətli ekipajsız katerdən istifadə edilməklə zərbə endirilib.

Məlumata görə, gəminin bir ekipaj üzvü həlak olub, daha bir neçə üzvü yaralanıb.

Hazırda hücumun nəticələri aradan qaldırılır və bir neçə hərbi dənizçinin axtarışları davam edir.

Pilotsuz aviasiya üzrə rusiyalı ekspert Denis Fedutinovun bildirdiyinə görə, bu, Rusiya Müdafiə Nazirliyi tərəfindən Rusiya ekipajsız katerinin Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini vurması ilə bağlı ilk təsdiqlənmiş hadisədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar