Ru
15:35 / 28 Avqust 2025

Ramiz Mehdiyev villasını sata bilmir - 1 milyonluq endirim

Ramiz Mehdiyev villasını sata bilmir - 1 milyonluq endirim
Eye

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən dəbdəbəli villaya alıcı tapılmır.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl 8 milyon dollara satışa çıxarılan malikanənin qiymətində birdən-birə 1 milyon dollar endirim edilib.

Hazırda 7 milyon dollar ödəyən şəxs həmin villanın yeni sahibi ola bilər. Buna baxmayaraq, hələlik son qiymətlə də razılaşan alıcı yoxdur.

Qeyd edək ki, paytaxtın mərkəzi hissəsi sayılan Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən bu villa Ramiz Mehdiyevin yüksək vəzifə tutduğu dövrdə tikilib. Lakin Mehdiyev son açıqlamasında həmin villanın kimə məxsus olduğunu bilmədiyini deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar