Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır.
Bakupost.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə o, Milli Assambleyada hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
“Daha əvvəl də demişdim, indi də deyirəm ki, əgər 2029-cu ildə Avropa Siyasi Birliyinin sammitinə dəvət alsam, Bakıya gedəcəyəm”, – Paşinyan bildirib.