Ru
19:34 / 01 Oktyabr 2025

Paşinyan: “Ermənistan 2022-ci ildə həqiqətən müstəqil oldu”

Paşinyan: “Ermənistan 2022-ci ildə həqiqətən müstəqil oldu”
Eye

2022-ci ildə biz anladıq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz öhdəliklərini bizim qarşımızda yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək. Məhz həmin an biz həqiqətən müstəqil olduq. Çünki başa düşdük ki, artıq yalnız özümüzə güvənə bilərik.


Bakupost.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı səsləndirib.

Paşinyan əlavə edib ki, indiyədək qurulduğu iddia edilən təhlükəsizlik sistemi əslində “boş bir köpük” imiş:

“Biz anladıq ki, siz guya qurduğunuz təhlükəsizlik sistemi sadəcə bir illüziya idi. O, heç nə idi, sadəcə bizim dövlətçiliyimizin formalaşmasının qarşısını almaq üçün istifadə olunan bir alət idi.”

Baş nazir bu sözləri müxalif “Ermənistan” fraksiyasının deputatı Armen Xaçatryana cavab olaraq deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar