Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə erməni vəkil Ara Zohrabyan bildirib.
Qeyd edək ki, bu gün Ermənistanda Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs edilib.
Bildirilir ki, Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) qohumu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində də axtarış aparılıb.