Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən seçiləcəyi halda Qərbi azərbaycanlıların bu ölkəyə qayıdışının təmin olunacağı ilə bağlı iddiaları təkzib edib.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir bunu jurnalistlərə açıqlamasında deyib.
Paşinyan “Güclü Ermənistan” alyansının rəhbəri Samvel Karapetyanın mövzu ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib:
“Ermənistan hakimiyyəti belə bir öhdəlik götürməyib və bu iddialar yalandır”.
Baş nazirə “Hakimiyyətiniz dövründə Ermənistanda azərbaycanlıların məskunlaşdırılmayacağına zəmanət verirsinizmi” sualı da ünvanlanıb.
Paşinyan cavabında bildirib:
“Bəli, zəmanət verirəm. Qarabağ məsələsi bağlanıb və artıq davam etməyəcək. Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə, Yevlaxa və digər yerlərə dönüş məsələsi gündəmdə olmayacaq. Bu məsələ münaqişə mövzusudur, sülh deyil. Bu qədər aydındır”.
Qeyd edək ki, bundan əvvəl “Güclü Ermənistan” blokunun üzvləri “Hazırkı hökumət azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı öhdəliklər götürüb”, demişdi.