Ru
10:29 / 13 Fevral 2026

Paytaxtın bu ərazilərində altı saat işıq olmayacaq

Paytaxtın bu ərazilərində altı saat işıq olmayacaq
Eye

Xəzər rayonunun bəzi ərazilərinin işıq təchizatında fasilə yaranacaq.


Bakupost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar