Ru
10:44 / 13 Fevral 2026

63 min manat mənimsəyən makler həbs edildi

 63 min manat mənimsəyən makler həbs edildi
Eye

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən maklerin məhkəmə istintaqı sona çatıb.


Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Ə.Məmmədovun cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs onlardan birini işə düzəltmək, digər ikisini isə sənədləşmə işlərinə kömək adı ilə aldadıb.

Zərəçəkmişlərə dəymiş zərərin ümumi məbləği 63 000 manatdır.

Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1(Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ə.Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar