Ru
09:25 / 06 Fevral 2026

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Paytaxtın bu ərazilərində işıq olmayacaq
Eye

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bakupost.az xəbər verir ki,bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Bülbülə qəsəbəsi Çingiz Nəsirov, Nəriman Nərimanov, Vüqar Bədəlov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar