Ru
13:22 / 04 Noyabr 2025

Pənahinin filmi “Oskar” ala bilər – "Vaşinqton Post"

Pənahinin filmi “Oskar” ala bilər – "Vaşinqton Post"
Eye

Güney Azərbaycanlı rejissor Cəfər Pənahinin yeni filmi “Oskar”a namizəd ola bilər.

Bakipost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, "Vaşinqton Post" qəzeti Azərbaycan əsilli kino xadiminin "Sadə bir qəza" filminin "ən yaxşı orijinal ssenari", "ən yaxşı rejissor işi" və "ən yaxşı film "nominasiyalarına namizəd olma potensialına malik olduğunu bildirib.

Məlumatda deyilir ki, ""Oskar” mükafatı rejimi tənqid edən rejissor üçün bəlkə də mümkün olan böyük mühafizə, hökumət senzurasına ən güclü beynəlxalq cavabdır".

Qəzetin məlumatına görə, məşhur rejissorunun son ekran əsəri dünyanın ən böyük 3 film festivalından birini - Kann Film Festivalının ən böyük mükafatını “Qızıl palma budağı”nı qazandı və "Anora", "Parazit" və "Bir payızın anatomiyası" filmlərini yayımlayan "Neon" tərəfindən satın alındı. Bu nailiyyətdən sonra "Sadə bir qəza" ən yaxşı beynəlxalq bədii film nominasiyasında potensial “Oskar” namizədi kimi siyahıya alınıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar