Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün arzulanan istirahət dövrü yox, daha çox maddi sıxıntılarla müşayiət olunan çətinlik dövrünə çevrilir. Ölkədə insanların pensiyaya çıxmağa marağı yoxdur. Çünki aldıqları əməkhaqqı az, pensiya kapitalı isə yetərsizdir. O qeyd edir ki, Qərb ölkələrində insanlar təqaüdə çıxanda rahat yaşayırlar, bizdə isə pensiya alanların çoxu gündəlik xərclərini qarşılamaq üçün ya ailəsinə möhtac qalır, ya da əlavə iş axtarmağa məcbur olur.
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən şəxslər pensiya yaşına çatdıqda avtomatik olaraq işdən azad olunur. Amma bu şəxslərin aldıqları pensiya nə qədər dolanışığa yetərlidir? Ölkədə təqaüdçülər üçün hansı güzəştlər var? Kommunal xidmətlər, nəqliyyat, dərman təminatı sahəsində hər hansı endirimlər tətbiq edilirmi? Bu güzəştlər real ehtiyaclara cavab verir, yoxsa sadəcə formal xarakter daşıyır?
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı bildirib ki, bu gün sözügedən sahədə müəyyən işlərin görülməsinə ehtiyac var:
“Doğrudur, bir çoxları məlumatlı olmasa da, tibb sahəsində dərmanların verilməsi və həkim xidmətində o qədər də böyük problem yaşanmır. Amma yaşlı insanlarda cərrahiyyə və müalicə prosesləri daha baha başa gəlir. Sığorta varsa, heç də bunların hamısını təmin etmir. Toplanan pensiya kapitalından da istifadə etmək nəzərdə tutulmayıb.
İnsan pensiya yaşına çatırsa, həmin dövrə özünü hazırlamalıdır. Bütün hər şeyi dövlətin boynuna yıxmaq düzgün deyil. Qoca dövrümüzdə müəyyən ehtiyaclarımızı ödəmək haqqında əvvəlcədən düşünməliyik”.
S.Bənənyarlı onu da vurğulayıb ki, təqaüdçülər müəyyən yerlərin ayrılması da nəzərdə tutula bilər:
“Ancaq sığınacaq olaraq yox, ən azından gündə bir dəfə nahar edib, müəyyən ehtiyaclarını qarşılasınlar. Təkcə yeməklə kifayətlənmək də insanı tamamlamır. Ömrü boyu işləyən insan birdən-birə evdə oturmağa məcbur olur. Bu zaman ya həmin insan özündə güc tapıb haradasa çalışmağa başlamalı, ya da müəyyən layihələr vasitəsilə insanların özünü göstərməsi üçün şərait yaradılmalıdır. Əgər səhhətləri imkan verirsə, günün müəyyən saatlarında uşaqlara dayəlik edə bilərlər. Bunu ailə üzvləri üçün də edirlər. Amma mən bunu doğru saymıram. Onlara bunun üçün ailələri müavinət ödəmir.
Bütün bu məsələləri aydınlaşdırıb yoluna qoymaq üçün müzakirələr aparılmalıdır. Bu təkcə bir nəfərdən sorğu alınmaq məsələsi deyil. Düşünülmüş proqram olmalıdır ki, belə insanlar özlərini həm maddi, həm də mənəvi cəhətdən təmin edə bilsinlər”.
İlkin insan camisi Ailə, ən bütövü ayrılmaz dövlətidir! Azadlıq mücadiləsi günləri ən çox səslənən Ali Baş Komandan+Müdafiə ordusu-dövlətimizlə, canlarını fəda edən ailə-vətəndaşların birliyi şüarı idi! Dövləti və xalqı daha aır yükləyən kənar Hərbi genosid işğalı və bir sıra hüquqa sığmayan qayda-münasibətlər deyilmi? Sırf fiziki işlə məşulların əmək qabiliyyətinin aşağı düşmə hədləri sahələr üzrə 46 dan 56 yaşa qaldırılan sahələr də var! Amma, 35 yaşlı 15 illik təcrübəli müəllim, həkim, alim və elə biznesmen 66-yuxarı yaşlı qədər düşüncəli, gənc qablayıcıların belə əksəriyyəti geniş dünya görüşlü təcrübəli-ustadan daimi üstünlyünə hansı sahədə tam zəmanət var? Rəhmətlik H.Rəcəbli təqaüdə yaş həddinin 70 ilə qaldırılmasını da istisna etmirdi? Milli Məclis növbəti ekspromt-sırf texnar QANUNu ilə Közərmə lampalarının istifadəsini qadağan edir? Məişətdə qazdan az təhlükəli və hələlik tam əvəzləyici çeşidləri olmayan diodlu lampaları yetəri istifadə sınağından keçməmiş bu texniki yenilik, ya əvəzləmənin hüquqa-qanuna nə dəxli? Eləcə hər gün milyonlarla vətəndaşlar ictimai yerlərdə ödəniş sistemləri, kassa-aparatları qarşısında növbələr gözləyirlər. Mərkəz Bank isə əlavə bircə 25 və ya 11,12 qəpiklik, eləcə də üç manatlıq kağız-pul nişanları buraxmaq niyyətində deyil ki, kütləvi sıxlıqdakı istifadəçilər çox az istifadə edilən 1,3 və 5 qəpikliklərdən azad olsunlar, kağız pul mübadiləsi asanlaşsın və dövriyyə-tədavülə daşıma da yüngülləşsin?