“1992-ci ilin uyul ayı idi. Atam Naxçıvana gedirdi. Mən də o dönəmlərdə tez-tez evdə Heydər Əliyevin adını eşidirdim. 12 yaşım olduğu üçün çox şeyi dərk etmirdim. Həmin dövrdə atam “Səs” qəzetində bildirmişdi ki, Heydər Əliyevi dəvət etməliyik. Naxçıvandan qaydandan sonra bildik ki, həmin qrup ("91-lər" - red.) YAP-ın yaradılması üçün oraya gedibmiş”.
Bakupost.az xəbər verir ki, bu sözləri mərhum deputat və nazir Sirus Təbrizlinin qızı Sevinc Təbrizli Səxavət Nurun podkastında deyib.
O, atası barədə xatirələrini bölüşüb:
“Oktyabr ayında atam yenidən Naxçıvana getdi və 40 gün evə qayıda bilmədi. Ovaxtkı iqtidar onu ölümlə hədələyirdi. Həmin 40 gün mənim həyatımda dərin iz qoyub. Bizim çox möhkəm və əvəzsiz bağımız var idi. Nəticənin də necə olacağını bilmirdik.
12 yaşımdan artıq bəzi represiyalarla üzləşməyə başlamışdım. Hamı danışırdı ki, atasını öldürəcəklər, “Vətən xaini”dir. Həmin dövrdə bu fikrlər açıq şəkildə televiziyalarda da səslənirdi.
Azərbaycan dili müəlliməmiz mənə dedi ki, dərsdən sonra otağıma gələrsən. Getdim və mənə dedi ki, sən fəxr etməlisən ki, atan və onun kimi bir neçə şəxs bu gün Azərbaycanın müqəddəratını həll edəcəklər.
Bir müddət sonra atam geri qayıtdı. Bütün ümidimizi üzmüşdük. O qədər arıqlamışdı ki, tanımaq olmurdu. Sonrakı hadisələr də hamıya məlumdur. Qurtuluş Günü, Heydər Əliyevin Azərbaycana qayıdışı və s. 90-cı illər hamımızın həyatında dərin izlər qoyub”.
Sevinc Təbrizli qeyd edib ki, atası çox dominant insan olub:
“Atam çox avtoritar idi. Bizim heç bir şeydə seçim hüququmuz olmayıb. Çox dominant idi. Peşə seçimindən tutmuş, həyat yoldaşlarımıza qədər seçmək şansımız olmayıb. Ən böyük arzum jurnalist olmaq idi, lakin atam icazə vermədi. Tibb Universitetində oxudum...”
Müsahibənin davamı videoda: