Ru
10:57 / 09 Yanvar 2026

Sumqayıtda zavodda partlayış oldu, yaralanan var - YENİLƏNİB

Sumqayıtda zavodda partlayış oldu, yaralanan var - YENİLƏNİB
Eye

Hacı Zeynalabdin qəsəbəsində zavodda baş verən partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb.


Sumqayıt Tibb Mərkəzindən Bakupost.az -a bildirilib ki, 09.01.2026-cı il tarixində saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs hospitalizasiya olunub.


Göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.


******

9:10

Sumqayıt şəhərində zavodda partlayış baş verib.


Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar