Ru
23:15 / 17 İyun 2026

Peskovun xanımı bahalı çantasını gizlətmək istədi, alınmadı

Peskovun xanımı bahalı çantasını gizlətmək istədi, alınmadı
Eye

Murmanskda ailə istirahətindən paylaşılan fotolardan biri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, tanınmış fiqurlu konkisürən Tatyana Navkanın paylaşdığı şəkillərdə istifadə etdiyi çantanın loqosunu sildiyi diqqət çəkib.

İzləyicilər fotoda görünən çantanın forması və metal aksesuarlarına əsasən onun Chanel Flap Bag Maxi modeli olduğunu müəyyən ediblər. Məhz buna görə də loqonun silinməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Məlumata görə, həmin modelin qiyməti 8 250 avro təşkil edir.

Beləliklə, loqo fotoda görünməsə də, çantanın hansı brendə məxsus olduğu və dəyəri izləyicilər tərəfindən qısa müddətdə müəyyən edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar