İran prezidenti Məsud Pezeşkian Çində rəsmi qarşılanma mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin həyat yoldaşı Pinq Liyüen ilə əl sıxmaması sosial mediada və beynəlxalq mətbuatda geniş müzakirələrə yol açıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Mehr nyus"un Teleqram kanalında paylaşılıb.
Paylaşılan videoda Pezeşkianın protokol çərçivəsində əl sıxmaqdan imtina etdiyi açıq şəkildə görünür.
Mütəxəssislər bu davranışı İran İslam Respublikasında 1979-cu il inqilabından sonra formalaşmış rəsmi dini və ideoloji baxışlarla izah edirlər.
Qeyd olunur ki, bir çox müasir diplomatik dairələrdə əl sıxmaq hörmət, razılıq və xoş niyyətin ifadəsi hesab edilir. Bu səbəbdən, belə hadisələr zaman-zaman anlaşılmazlıqlara və mədəni ziddiyyətlərin ortaya çıxmasına səbəb olur.