Ru
16:37 / 20 İyul 2026

Pezeşkiandan İslamabada mesaj: İran güzəştə gedir?

Pezeşkiandan İslamabada mesaj: İran güzəştə gedir?
Eye

İranın daxili işlər naziri İskəndər Momeni İslamabada səfəri çərçivəsində Pakistan rəhbərliyinə Prezident Məsud Pezeşkianın mesajını çatdıracaq.

"Bakupost" xəbər verir ki, bu barədə “Al Jazeera” Pakistan DİN-dəki mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, İran rəsmisi “regiondakı mövcud vəziyyətlə bağlı Prezident Pezeşkianın mesajını aparır”.

Qeyd edək ki, İran DİN rəhbəri Pakistanda iki günlük səfərdə olacaq.

Görəsən, Pezeşkianın mesajında nələr öz əksini tapıb?

Politoloq Qabil Hüseynli Bakupost.az-a bildirib ki, Pezeşkian müharibənin dayandırılmasını istəyir, İranın məhvə sürüklənməsini istəmir.

Bu səbəbdən politoloq hesab edir ki, İran Prezidenti maksimum kompromislərə getməyə çalışacaq:

“Burada ən mühüm məsələ isə zənginləşdirilmiş uranın təhvil verilməsi və Hörmüz boğazının açıq saxlanılması və nüvə silahı yaratmamaq məsələləridir. Fikrimcə, Pezeşkianın İslamabada ünvanladığı mesajında bu iki fikir aparıcı yer tutur və həmin məsələlərdə İran güzəştə getməyə hazırdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar