Polşa Ordusu Belarus sərhədinə hərbi texnika toplayır.
Bakupost.az xəbər verir ki, bu barədə Polşanın “Birinci Milli” dövlət telekanalı məlumat yaayıb.
Telekanalın yaydığı kadrlarda hərbi texnika kolonlarının ümumi istifadə üçün nəzərdə tutulan yollarda sərhədə doğru hərəkət etdiyi görünür.
Məlumatda bildirilir ki, bu hadisə Varşavada NATO-nun 4-cü maddəsinin tətbiqi imkanlarının müzakirəsi ilə eyni vaxta təsadüf edib. Sözügedən maddə alyans üzvlərinə təhlükəsizlik təhdidi yarandıqda məsləhətləşmələr aparma imkanı verir.