Ru
14:38 / 10 Sentyabr 2025

Sabah bu rayonların qazı kəsiləcək

Sabah bu rayonların qazı kəsiləcək
Eye

Sabah Lənkəran və Astara rayonlarında 6 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakupost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrən 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək.

Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo qaz paylayıcı stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla 11 yaşayış məntəqəsində, təxminən 4 100 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar