Ru
16:30 / 15 Aprel 2026

Prezident 4 fərman imzaladı

Prezident 4 fərman imzaladı
Eye

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Bakupost.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli və 16 mart tarixli 622 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 68-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri, departament rəhbərləri və onların müavinləri, ərazi idarələrinin rəisləri və onların müavinləri” sözləri ilə əvəz edilsin;

2. 69-cu hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini” sözləri ilə, “Komitənin ərazi bölmələrinin” sözləri “Xidmətin ərazi şöbələrinin” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 8.2-ci maddələrində, 8.3-cü maddəsinin üçüncü cümləsində, 8.4-cü, 9.3-cü, 31.2-ci, 34-cü, 50.2-ci, 50.6-cı və 54.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 50.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 8.4-cü, 31.2-ci, 34-cü və 54.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.5. həmin Qanunun 8.2-ci və 9.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

1.6. həmin Qanunun 8.3-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 50.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin üçüncü cümləsi nəzərə alınmaqla, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində prokurorun funksiyalarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667, № 12 (ll kitab), maddə 1370; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissə üzrə:

3.1.1. 1.3-cü bəndə “Komitəsi,” sözündən sonra “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,” sözləri, “Agentliyi,” sözündən sonra “Azərbaycan Respublikasının Audiovizual Şurası,” sözləri əlavə olunsun və həmin bənddə “və qəyyumluq və himayəçilik orqanları” sözləri “, qəyyumluq və himayəçilik orqanları və qanunla müəyyən edilmiş hallarda prokuror” sözləri ilə əvəz edilsin;

3.1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”;

3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

2.1-1.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;

2.1-1.2. yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisələrində cəza çəkmələrini təmin edir;

2.1-1.3. uşaq hüquqları ilə bağlı məhkəmə qərarlarının icrasını təmin edir;

2.1-1.4. uşaqlar barəsində probasiya nəzarətini həyata keçirir.”;

“2.6-1. Azərbaycan Respublikasının Audiovizual Şurası:

2.6-1.1. televiziya və radio yayımı sahəsində uşaqların zərərli informasiyadan qorunmasına dövlət nəzarətini həyata keçirir.”;

3.3. 6.5-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Monitorinqlərin keçirilməsi barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) məlumat verilir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) nümayəndələri monitorinqlərin keçirilməsində iştirak edə bilərlər.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın 2-ci hissəsinin doqquzuncu abzasının dördüncü cümləsində (ikinci halda), 4.3.12-ci və 4.5.6-cı yarımbəndlərində “nikah” sözü “evlilik” sözü ilə əvəz edilsin.

5. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I); 2024, № 12 (ll kitab), maddə 1368; 2025, № 2, maddə 125, № 6, maddə 542; 2026, № 1, maddə 24) ləğv edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 114.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 10-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164 (Cild I); 2024, № 6 (I kitab), maddə 655, № 7, maddə 812, № 8, maddə 956; 2025, № 6, maddə 542, № 11, maddə 1035; 2026, № 1, maddə 24) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “115.4-cü” sözlərindən əvvəl “114.1-ci,” sözləri əlavə edilsin;

3.2. 2.11-ci bənddən “114.1,” rəqəmləri çıxarılsın;

3.3. 2.11-1-ci bəndə “116.1” rəqəmlərindən əvvəl “114.1,” rəqəmləri əlavə edilsin;

3.4. 2.15-ci bəndə “Komitəsi,” sözündən sonra “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,” sözləri, “Tibbi” sözündən əvvəl “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası,” sözləri əlavə edilsin.

4. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 201 (Cild I); 2025, № 5, maddə 447) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “28.2-ci maddəsində” sözləri “10-1-ci və 28.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.2. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. həmin Qanunun 10-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 159.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

1.2. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin ikinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;

1.4. həmin Qanunun 23-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.5. “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 17-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.6. həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinin “a” bəndinin ikinci abzasında, 18-ci maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 165-ci maddəsinin dördüncü və beşinci (birinci halda) hissələrində, 170-ci maddəsinin birinci hissəsində və üçüncü hissəsinin birinci cümləsində və 6 saylı Əlavəsinin 3-cü maddəsinin “v” bəndinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;

1.7. həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

1.8. həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;

1.9. həmin Qanunun 26-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;

1.10. həmin Qanunun 28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq qurumların səlahiyyətlərini qərargah və kadrlar orqanları həyata keçirirlər;

1.11. həmin Qanunun 118-ci maddəsinin üçüncü hissəsində, 186-cı maddəsinin birinci hissəsinin “q” bəndində və 187-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

1.12. həmin Qanunun 184-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;

1.13. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 4-cü maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;

1.14. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 17.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.15. həmin Qanunun 17.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 6, maddə 549, № 12 (I kitab), maddə 1153; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. dördüncü abzasa “səlahiyyətlərini,” sözündən sonra “17-ci maddəsinin birinci cümləsində və” sözləri əlavə edilsin;

3.2. altıncı abzasdan “29-cu maddəsinin dördüncü hissəsində,” sözləri çıxarılsın, həmin abzasda “190-cı maddəsində” sözləri “190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin abzasa “Agentliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (100-cü maddəsinin ikinci hissəsində, 165-ci maddəsinin beşinci hissəsində və 190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;

3.3. doqquzuncu abzasdan “77-ci maddəsinin dördüncü hissəsində,”, “, 184-cü maddəsində, 4 saylı Əlavəsində” və “və 187-ci maddəsində” sözləri çıxarılsın;

3.4. on dördüncü abzasdan “, 180-ci maddəsində” sözləri çıxarılsın;

3.5. on beşinci abzasa “səlahiyyətlərini” sözündən əvvəl “və 184-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın” sözləri əlavə olunsun və həmin abzasda “Hərbi Komissarlığı” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

3.6. on səkkizinci abzasdan “, 170-ci maddəsinin üçüncü hissəsində” sözləri çıxarılsın;

3.7. iyirminci abzasa “103-cü” sözlərindən əvvəl “28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

3.8. iyirmi birinci abzasdan “29-cu maddəsinin dördüncü hissəsinin ikinci abzasında,” sözləri çıxarılsın;

3.9. iyirmi altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;

3.10. iyirmi doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda otuzuncu – otuz beşinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinin “a” bəndinin ikinci abzasında, 18-ci maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 165-ci maddəsinin dördüncü və beşinci (birinci halda) hissələrində, 170-ci maddəsinin birinci hissəsində və üçüncü hissəsinin birinci cümləsində və 6 saylı Əlavəsinin 3-cü maddəsinin “v” bəndinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;

həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

həmin Qanunun 26-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;

həmin Qanunun 118-ci maddəsinin üçüncü hissəsində, 186-cı maddəsinin birinci hissəsinin “q” bəndində və 187-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

həmin Qanunun 180-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;

həmin Qanunun 187-ci maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.”.

4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 305 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. üçüncü abzasdan “və 23-cü” sözləri çıxarılsın;

4.2. ikinci – beşinci abzaslar müvafiq olaraq üçüncü – altıncı abzaslar hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci, yeddinci və səkkizinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 23-cü maddəsinin ikinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

“həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;

həmin Qanunun 23-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 23 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.2-ci bəndə “4-cü” sözündən sonra “(ikinci halda)” sözləri əlavə edilsin;

5.2. 2.6-cı bəndə “Əsasnamənin” sözündən sonra “4-cü maddəsində (birinci halda),” sözləri əlavə edilsin.

6. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I); 2024, № 8, maddə 943; 2025, № 11, maddə 1036; 2026, № 1, maddə 24) aşağıdakı məzmunda 3.19-1-ci bənd əlavə edilsin:

“3.19-1. həmin Məcəllənin 159.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.”.

7. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623 (Cild I); 2024, № 4, maddə 398; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1-ci bəndə “13.1-ci,” sözlərindən sonra “17.10-cu,” sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 17.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur.”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar