Ru
18:50 / 25 Dekabr 2025

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Prezidentin təltif etdiyi alpinist qadın danışdı
Eye

Bilirdim ki, prezidentimiz İlham Əliyev idmana, elmə çox dəyər verir və həssas yanaşır. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, bu tarixi hadisə - Everest (8.848 metr) və Lhotse (8.516 metr) zirvələrinə qalxmağım dəyərləndiriləcək.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.

“Tərəqqi” medalına layiq görüldüyüm üçün şəxsim adından daha çox Azərbaycan qadını, Azərbaycan alpinisti olaraq sevinirəm. Azərbaycan alpinizmində Azərbaycan vətəndaşı olaraq ilk dəfə buna layiq görülmüşəm. Bu mənim üçün böyük məsuliyyətdir. Eyni zamanda da gələcək zirvələr üçün mənə ilham verir.

Çox təsirlənmişəm, çox qürurluyam, çox xoşbəxtəm. Belə diqqət çox dəyərlidir. “Everest” zirvəsində bayrağı qaldıranda necə sevincdən ağlamışdımsa, indi də eyni duyğuları yaşayıram”, - alpinist bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar