Ru
19:22 / 30 İyul 2026

Prokurorluq Paşinyanın arvadı üçün hərəkətə keçdi

Prokurorluq Paşinyanın arvadı üçün  hərəkətə keçdi
Eye

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın həyatına olan təhdidlərlə bağlı müraciətinin araşdırılması nəticəsində informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.


“İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət icraatına başlanılıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar etməklə bağlı başqa bir cinayət işi üzrə bir şəxs barəsində həbs qərarı çıxarılıb və axtarış elan edilib”, – deyə Avdalyan bildirib.

Qeyd edək ki, buna qədər İstintaq Komitəsindən Anna Akopyanın müraciətinin baxılma mərhələsində olduğu bildirilmişdi. Ermənistan Baş Prokurorluğu da Akopyanın həyatına təhlükə hiss etməsi barədə sosial şəbəkə paylaşımına hüquqi proses verib.

Xatırladaq ki, son zamanlar Baş nazirin xanımı sosial şəbəkələrdə məişət zorakılığını pisləyən paylaşımlar edir. Növbəti video müraciətində o, bu mövzunu qaldırdıqdan sonra həyatına qarşı təhdidlər hiss etdiyini bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar