Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin vacibliyini bildirib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Putin bu barədə Bişkekdə keçirilən “ŞƏT Plus” toplantısında çıxışı zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, BMT-nin mövcud potensialından hələ tam istifadə olunmur və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması üçün addımlar atılmalıdır.
Putin hesab edir ki, BMT-nin müxtəlif strukturlarında, o cümlədən Təhlükəsizlik Şurasında Qlobal Cənub və Şərq ölkələrinin təmsilçiliyi genişləndirilməlidir.
“Onun fəaliyyətinin effektivliyini artırmaq, orqanlarında, o cümlədən Təhlükəsizlik Şurasında Qlobal Cənub və Şərq ölkələrinin təmsilçiliyini genişləndirmək vacibdir”, – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin vurğulayıb ki, BMT dəyişən qlobal reallıqlara və dünya siyasəti ilə iqtisadiyyatında baş verən fundamental dəyişikliklərə uyğunlaşmalıdır.
Rüfət Sultan
BakuPost