Ru
10:06 / 20 Oktyabr 2025

Putin Mehdiyevlə niyə görüşmüşdü? – Masada Sərkisyan da var…

Putin Mehdiyevlə niyə görüşmüşdü? – Masada Sərkisyan da var…
Eye

Ötən həftə sosial şəbəkə və mətbuatda ağır cinayətlərə görə məsuliyyətə cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya Prezidenti Vladimir Putinlə eyni masa ətrafında oturduğu əks olunan foto yayılıb.

Mətbuatda yayılan məlumatlara görə, Mehdiyev dövlət çevrilişi planı hazırlayıb və plan Moskvada müəyyən dairələrə təqdim olunub. Onun hətta Dövlət Şurası yaratmaq istədiyi, hətta həmin Şuranın üzvlərinin də kimliyinin bəlli olduğu bildirilir.

Bu konteksdə Rusiyada müəyyən dairələrlə əlaqədə olduğu şübhə doğurmayan Mehdiyevin Putinlə birgə fotosu marağa səbəb olub.

Bakupost.az bildirir ki, Modern.az fotonun tarixçəsini araşdırıb.

Araşdırmamıza görə, foto 2002-ci ilin mart ayında çəkilib.

Həmin illərdə “Qafqaz dördülüyü”nün iclası keçiriib. Bura Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi. Bu format 1996-cı ildə yaradılıb, ancaq ömrü uzun olmadı.

Foto çəkilən zaman “Qafqaz dördülüyü” ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin Rusiyanın Soçi şəhərində görüşü keçirilirdi. Putin də görüşə qatılıb.

Mehdiyev həmin illərdə Prezident Administrasiyasına (həmin dövrdə Prezident Aparatı adlanırdı-red.) rəhbərlik etməklə yanaşı, həm də Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyırdı.

Kremlin yaydığı rəsmi məlumata görə, görüşün məqsədi Cənubi Qafqazda sabitliyin qorunması, terrorizmə qarşı mübarizənin gücləndirilməsi və regional əməkdaşlıq mexanizmlərinin müzakirəsi olub. Görüşdə Qarabağ məsələsinə də toxunulmuşdu.

Onu da qeyd edək ki, görüşdə Ermənitanı Serj Sərkisyan təmsil edirdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi olan Sərkisyan bir neçə sonra prezident seçilmişdi.

Rusiya hələ Gürcüstan ərazilərini işğal etmədiyi üçün iki ölkə arasında münasibətlər normal hesab edilirdi. Gürcüstanı Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze təmsil edirdi.

Masadakı beşinci şəxs isə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylodur.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Putin Mehdiyevlə niyə görüşmüşdü? – Masada Sərkisyan da var…
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar