Ru
09:00 / 20 Oktyabr 2025

Türkiyə yenidən hədəfdə: İngilis kəşfiyyatı xəbərdarlıq edir...

Türkiyə yenidən hədəfdə: İngilis kəşfiyyatı xəbərdarlıq edir...
Eye

PKK idarəedicisinin açıqlaması ABŞ-İsrail ittifaqının Türkiyəyə yönəlik üstüörtülü təhdidi kimi qəbul edilməlidir.

Bakupost.az Axar.az-a istinsdla xəbər verir ki, bunu Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Başbuğ ABŞ-ın Kiprdə (yunan tərəfi) həm İsrail, həm də Suriyadakı SDQ terrorçuları üçün logistik mərkəz rolunu oynayan yeni bazalar yaratdığına diqqət çəkir.

O, ABŞ, Böyük Britaniya və İsrail blokunun Şərqi Aralıq dənizində yeni bir ittifaq formalaşdırdığını iddia edib.

"Britaniya kəşfiyyatı Kipr vasitəsilə Yaxın Şərqi izləyir. Kalkanın mesajı ABŞ-İsrail ittifaqının Türkiyəyə qarşı üstüörtülü təhdidi kimi şərh edilməlidir".

Qeyd edək ki, terrorçubaşı Duran Kalkanın “Bu müharibənin mərkəzi Türkiyədir” açıqlaması Türkiyə ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar