Ru
14:24 / 19 Oktyabr 2025

Allahverdiyev onun sayəsində Bakıdan qaçmışdı: Mehdiyev haqda deyirdi ki...

Allahverdiyev onun sayəsində Bakıdan qaçmışdı: Mehdiyev haqda deyirdi ki...
Eye

Rafael Allahverdiyev Heydər Əliyevlə çox yaxın idi. Elə bu səbəbdən də o, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı (1993-2000) təyin olunmuşdu.

Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi fonunda Rafael Allahverdiyevlə bağlı xatirəsini bölüşərkən yazıb.

O bildirib ki, 2004-cü ildə R.Allahverdiyev gözlənilmədən İsveçrədə ortaya çıxdı:

“O vaxt Rafael müəllim böyük çətinliklə Azərbaycandan qaça bilmişdi. Bu qaçışda Eynulla Fətullayev ona ciddi şəkildə yardım etmişdi. Həmişə deyirdi ki, Eynulla olmasaydı, məni öldürəcəkdilər...

2004-cü ilin fevralında mən də siyasi mühacir qismində İsveçrəyə sığınmışdım. 7-8 ay sonra da Rafael müəllim İsveçrəyə təşrif buyurdu. Nəsə, arada bizə də gəlib gedərdi. Xanımımın bişirdiyi xörəkləri ləzzətlə yeyirdi. Həmişə də deyərdi ki, küftə bakılıların yeməyidir. Ancaq Nüşabə xanım da (biz rayon adamıyıq) dadlı bişirir...

Həmişə adımı təhrif edərək deyərdi ki, Əlbəyi müəllim, biz İlham Əliyevə çıxmalıyıq, Ramiz Mehdiyev ona sui-qəsd edəcək.

O vaxt Rafael müəllimdən silsilə müsahibə götürmüşük. “Yeni Müsavat” qəzetində gedib. O müsahibədə bu günlə səsləşən çox şey var.

Əslən bakılı olan Rafael Allahverdiyev həm də 1992-2001-ci illər arasında Yeni Azərbaycan Partiyasının sədr müavini olub. Ancaq Ramiz Mehdiyev onu həm Bakının, həm də YAP-ın rəhbərliyindən uzaqlaşdırdı...

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2008-ci ilin sonlarında onun vəziyyəti ağırlaşdı. 2009-cu il yanvarın əvvəlində ölüm yatağına düşdü. Xeyli xahiş-minnət və yalvarışdan sonra Rafael Allahverdiyevi Bakıya buraxdılar və o, Bakıda vəfat etdi və yanvarın 11-də dəfn olundu...

Onu da xatırladım ki, Rafael Allahverdiyevin xanımı sevilərək dinlənilən "Tut ağacı" mahnısının sözlərini yazan şairə Zakirə Allahverdiyevadır. Zakirə xanım bilirdi ki, əri erməni qadınla görüşür. Hər şeyə rəğmən Zakirə xanım Rafael Allahverdiyevdən imtina etmədi və onun Bakıya çatdırılmasına nail oldu. Ehtirama layiq bir xanımdır...

Ramiz Mehdiyev Rafael Allahverdiyev kimi o qədər adamın evini yıxıb ki...”

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar