“Dünən Putin-Paşinyan görüşünün açıq hissəsində Rusiya Prezidenti jurnalistlərin iştirakı ilə Ermənistan Baş nazirinə irad bildirərək qeyd edib ki, Ermənistanda Rusiya pasportu olan bir şəxs (Samvel Karapetyan) siyasətlə məşğul olmağa cəhd etdiyinə görə həbsdədir”.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika” sədri Aram Sərkisyan deyib.
“Mən Rusiyanın qaydaları ilə tanışam, Rusiya vətəndaşlığı olan bir şəxsin başqa bir ölkədə baş nazir ola bilməyəcəyi barədə ona məlumat verilməməsini qeyri-mümkün hesab edirəm. Əminəm ki, görüşün açıq hissəsində Samvel Karapetyanın Rusiya pasportunun olmasına vurğu edilməsi imperiyaların əyalətlərə rəhbər təyin etmək məntiqinin təzahürüdür. Başqa sözlə, sizin daxili qanunlarınız və prosedurlarınız vacib deyil, vacib olan imperatorun istəyidir. Bu, Rusiyanın Ermənistana qarşı ümumi münasibətidir.
Bu gün - Ermənistan-Rusiya münasibətlərində tabeçilik statusundan çıxmağa çalışdığımız vaxtda Moskva özünəməxsus sərt addımlar ata bilər. Bu kontekstdə, Putinin qazın qiyməti, ticarət dövriyyəsi və Rusiyada yaşayan ermənilərin sayı barədə danışması, Ermənistandakı seçkilərin onların istəklərinə uyğun getməməsi halında bu amillərin dəyişə biləcəyinə işarə etməsi təsadüfi deyil. Bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk da elan etdi ki, əgər Rusiya şirkətlərinin Ermənistanda olması şübhə altına alınarsa, onlar da Rusiyada erməni bizneslərinin mövcudluğunu qadağan edə bilərlər”, - o bildirib.
Partiya sədri digər məqamlara da diqqət çəkib:
“Əminəm ki, bu cür təhdidlərlə Serj Sərkisyanı fikrindən daşındırıblar, Ermənistanın qaz kəmərini də bu cür əlimizdən alıblar və gələcəkdə də Ermənistanla belə davranmağa, onu koloniyaya çevirməyə hazırlaşırlar. Həmçinin Vladimir Putin-Robert Köçəryan münasibətlərinin kimyasının dəyişməsi də açıqdır, çünki Ermənistan baş naziri vəzifəsinə iddialı bir tərəfdaşın varsa, başqa namizədi reklam etməyin nə mənası var?
Əziz xalqım, Ermənistanın müstəqilliyi və suverenliyi sizin əlinizdədir. İyunun 7-də Rusiyanın emissar partiyalarına səs verməyin. Bu, Rusiya İmperiyasını dövlətçiliyimizi və sizin fikrinizi nəzərə almağa məcbur edə biləcək unikal fürsətdir”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Müstəqil ölkə və dövlətlər BMTnın Ədalət Hüquqi üzrə nizamlanmalı Beynəlxalq qarşılıqlı azad-təhlükəsiz azad Münasibətlərdə bəzən Hüquqi Demokratiyanın 1ci-Azad Konstitusion Seçim və Hüquqi səlahiyyət dairəsini unudub, açıq-aşkar 2ci Gücə (Hərbi zor və təcavüzə) ciddi tabeçilik (yeni *Sülh*) prinsipi PRİOR mütləqiyyət kimi qəbul edilməkdədir? Beynəlxalq Siyasətdən normal-sadə gözlənti-proqnoz yeni Ağ Ev diplomatiyasının Kremli, tükənən vahid Yer məkanı Ukraynanı dağıdıcı müharibədən çəkindirəcək Sülh Arzusu idi!? Yeni Ağ Ev, Kremllə sövdələşmiş ortaq kimi Yaxın Şərqə əlavə *İran ətrafı də Mənim!* ağır hərbi dağıdıcı zərbələrinə start verib. Əlavə Kolumbda yox, Venesueldə narkokartellərə qarşı poliş asayişi də aparır? SSRİni özəl *qərb* əsla Hüquqən deyil, bir qrupun özBaşına təslimi ilə yeni Varis MDB, ya RF Kremlinin də (ilkən Ermənistanla Hərbi tandemdə hər göstərişə tabe olmayan) dörd respublikanı təhdid altında saxlama səyi heç də separat-gizli deyil? MDB liderlərinin hamısının da Kremlin razılıqlı seçimi olmadığını heç kəs inkar edə bilməz? Ötmüş 58-85 il daha Həqiqi iki və hərtərəfli münasibətlərin qarşılıqlı TOXUNULMAZLIQ PRİNSİPial hüquqi diplomatiya əsasında hamıya daha səmərəli olacağını təsdiqləyib! SSçi Nasizmə qarşı birgə savaş, SSRİ və SB, ABŞ-Ərəb liqası, ABŞ-İran enerji münasibətləri kimi tam azad daha geniş MDB və digər tam-hərtərəfli faydalı Texniki-iqtisadi alyanslar, geniş inteqrasiya daha qənaətli yüksək sosial rifaha insani-zəka (intellekt) faydasını verərdi?