Ru
16:45 / 04 Dekabr 2025

Putinin Hindistan səfəri açar rol oynayır – Sanksiyalardan yayınmağın yolları axtarılır

Putinin Hindistan səfəri açar rol oynayır – Sanksiyalardan yayınmağın yolları axtarılır
Eye

Rusiya Prezidenti Vladimir Putin Hindistana dörd il sonra ilk rəsmi səfərini edib. Səfər çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşlər keçiriləcək.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, iki dövlət başçısının söhbətində əsas müzakirə mövzusu enerji resurslarının ticarəti olacaq.

“Son dövrdə bu sahə ABŞ sanksiyalarının təzyiqi ilə üzləşib” – Rusiya Şərqi Uzaq Ölkələr Araşdırmaları Mərkəzinin rəhbəri Kirill Kotkov bildirib.

Kotkovun sözlərinə görə, BRICS üzv ölkələrinin bəziləri, o cümlədən Hindistan, hələ də qlobal iqtisadi sistemdən güclü şəkildə asılıdır. Bu səbəbdən ikinci dərəcəli sanksiyalar onlar üçün həssas bir mövzudur. Putinin və Modinin səfər zamanı məhz bu məsələyə cavab axtaracağı gözlənilir.

Ekspert vurğulayıb ki, Hindistan Rusiya üçün həmişə maraqlı bir bazar və etibarlı tərəfdaş olub. Lakin hazırkı şəraitdə Moskva Yeni-Dehli bazarında silah satışı uğrunda Pekinlə rəqabət aparmalıdır. Çin artıq Pakistan ordusunu modernləşdirib. Bu səbəbdən Hindistan silahlanmada tempini azalda bilməz.

Kotkov yekun olaraq qeyd edib ki, Rusiya digər ixrac sahələrini də genişləndirməli, enerji resurslarının satışında potensial bazar itkisindən özünü qorumağa çalışmalıdır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar