Niderlandlı biolog, “torf papa” ləqəbi ilə tanınan alim Hans Yosten Avropada qurudulmuş bataqlıqların bərpasını həm müdafiə, həm də ekoloji faydalar baxımından vacib hesab edir.
Bakupost.az xəbər verir ki, o," Financial Times"a açıqlamasında bataqlıqların yenidən canlandırılmasının Avropa üçün təbii müdafiə səddi rolunu oynaya və mümkün “Rusiya təhdidinə” qarşı baryer kimi çıxış edə bilcəyini deyib.
Onun sözlərinə görə, bataqlıqların bərpası ikiqat fayda verəcək: bir tərəfdən Avropanın təhlükəsizliyini artıracaq, digər tərəfdən isə iqlim dəyişikliyinə qarşı mübarizədə kömək edəcək, çünki bataqlıqlar karbonu effektiv şəkildə udur.
Lakin bu ideya bir sıra çətinliklərlə üzləşib. Qurudulmuş torpaqlarda yaşayan yerli əhali və fermerlər bunun əleyhinədir, çünki onların dolanışığı həmin torpaqlardan asılıdır.
Həmçinin NATO ölkələrinin hamısı bu təklifi dəstəkləmir.
Məsələn, Almaniya hökuməti üçün bu prioritet deyil, Polşa isə təbii baryerlər əvəzinə hündür polad hasarlara üstünlük verir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avropaya qarşı hərbi təhdid iddialarını sərt şəkildə rədd edərək, onları “cəfəngiyat və yalan” adlandırıb.
Ayxan, BakuPost