Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Rusiya və Belarus liderlərinin görüşü 5 saat 22 dəqiqə davam edib.
Qeyd edək ki, Lukaşenko sentyabrın 25-də Rusiya paytaxtına işgüzar səfər edib. O, dünən Moskvada keçirilən Qlobal nüvə forumunda iştirak edib.